Britaniya Rusiyanın Moskva terroru ilə bağlı iddialarını cəfəngiyyat adlandırıb
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Rusiyanın Moskvadakı “Crocus City Hall” konsert salonunda törədilən terror aktının arxasında Qərbin və Ukraynanın dayanması ilə bağlı iddialarını cəfəngiyyat adlandırıb.
Kemeron X hesabındakı paylaşımında Moskvadakı terror aktının arxasında Qərbin və Ukraynanın dayandığına dair iddiaların tamamilə cəfəngiyyat olduğunu bildirib.
Nazir Kemeron, ABŞ-ın bu hücumun yeganə məsuliyyətinin DEAŞ olduğunu açıq şəkildə göstərən açıqlamalarını dəstəklədiklərini deyib.