İNTERPOL: Rusiyanın apardığı istintaqa dəstək verməyə hazırıq
Beynəlxalq Kriminal Polis Təşkilatının (İNTERPOL) baş katibi Yurgen Stok Moskvadakı terror aktının araşdırılmasına dəstək verməyə hazır olduqlarını bəyan edib.
Yurgen Stok sosial media hesabında Rusiyanın Moskva vilayətində konsert salonunda törədilən və 115 nəfərin həyatını itirdiyi terror aktı ilə bağlı paylaşım edib.
"Mən "Crocus City Hall"a hücumu qətiyyətlə pisləyirəm, bu, günahsız mülki şəxslərə qarşı dəhşətli bir hərəkət idi. INTERPOL Rusiya hakimiyyət orqanları tərəfindən aparılan istintaqa dəstək verməyə hazırdır" - detə baş katib vurğulayıb.