Keçmiş MKİ və FTB direktorlarına qarşı istintaq başladıldı


ABŞ-da keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan və keçmiş Federal Təhqiqat Bürosunun (FTB) direktoru Ceyms Komeyə qarşı vəzifədən sui-istifadə ittihamı ilə istintaq başladılıb.



Fox News telekanalının ABŞ Ədliyyə Nazirliyindəki mənbələrə istinadən verdiyi xəbərə görə, hazırkı MKİ direktoru Con Ratklif, keçmiş direktor Brennanın vəzifəsindən sui-istifadə etdiyinə dair sübutları FTB-yə təqdim edib.



Adı açıqlanmayan mənbələr bildiriblər ki, bundan sonra FTB Brennan barəsində rəsmi istintaqa başlayıb.



Həmin mənbələrin verdiyi məlumata əsasən, keçmiş FTB direktoru Ceyms Komeyə qarşı da istintaq başladılıb. İstintaqlar əsasən Rusiyanın 2016-cı ildə ABŞ prezident seçkilərinə Donald Trampın xeyrinə müdaxilə etdiyi iddiaları ilə bağlı aparılan araşdırmalar və hər iki direktorun Konqresə yalan ifadə verməsi ehtimalı üzərində cəmlənib.



Mövzu ilə bağlı əlavə təfərrüatlar paylaşılmasa da, FTB-nin Brennan ilə Komey arasındakı yazışma və əlaqələri konspirasiyanın tərkib hissəsi kimi qiymətləndirdiyi qeyd olunub.



Digər tərəfdən, CIA 3 iyul tarixində verdiyi açıqlamada Rusiyanın 2016-cı il seçkilərinə Trampın xeyrinə təsir göstərdiyi iddiaları ilə bağlı həmin il hazırlanmış kəşfiyyat hesabatının tələsik və qeyri-tam şəkildə hazırlandığı qənaətinə gəldiklərini bəyan etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu