Avstriyanın keçmiş kansleri Kurts yalan ifadələrə görə mühakimə olunacaq


Avstriyada keçmiş baş nazir Sebastian Kurz əli olduğu korrupsiya iddialarını araşdıran parlament komitəsində yalan ifadələr verdiyi üçün məhkəmə qarşısına çıxarılacaq.


Mərkəzi Vyana İqtisadiyyat və Korrupsiya Prokurorluğu (WKStA) tərəfindən edilən yazılı açıqlamada Kurzun parlamentin istintaq komitəsinə yalan ifadə verməsi səbəbi ilə barəsində cinayət işi açıldığı bildirilib.

Bəyanatda deyilir ki, iddia edilən cinayətə görə cəza üç ilə qədər həbsdir.

2021-ci ilin oktyabrında Kurz və ona yaxınlığı ilə tanınan, ölkənin ən böyük şirkətlərini özündə birləşdirən Avstriya İştirak Holdinqinin (ÖBAG) keçmiş baş direktoru Tomas Şmid və bir çox önəmli adlara qarşı korrupsiya istintaqı başladılıb.

Şmid 2022-ci ilin oktyabrında Kurza qarşı ağır ittihamlar irəli sürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu