Avstriyada ətraf mühit qrupuna qarşı cinayət təşkilatı yaratmaq səbəbi ilə istintaq başladılıb


Avstriyanın Vyana Dövlət Prokurorluğu marjinal hərəkətləri ilə tanınan ekoloq “Letzte Generation” qruplaşmasına qarşı cinayət təşkilatı yaratmaq iddiası ilə araşdırma başladıb.



Vyana Dövlət Prokurorluğunun sözçüsü Judith Ziska mətbuata verdiyi açıqlamada, "Letzte Generation" ətraf mühit qrupunun üzvlərinin noyabrın 20-də A2 şossesində və şəhər mərkəzində bir çox kəsişmə və əlaqə nöqtələrini bağladığını və həyatın mənfi təsirinə səbəb olduğunu xatırladıb.

Ziska, daha əvvəl nəqliyyat vasitələrinin hərəkətini maneə törədərək hərəkətlər təşkil edən qrupun keçən ay istifadə etdikləri üsullar və əməllərində vurduqları zərər baxımından fərqli bir mərhələyə yüksəldiyini və bu səbəbdən ekoloji qrupa qarşı istintaq başladıldığını bildirib.

Ziska əlavə edib ki, bu qrup üçün ikinci hesabat hazırlanıb və bu hesabata uyğun olaraq istintaqa neçə nəfərin daxil ediləcəyi müəyyənləşəcək.

Avstriyanın baş naziri Karl Nehammer prokurorluğun başlatdığı istintaqı məqsədəuyğun hesab etdiyini ifadə edərək, bir çox vətəndaşın sözügedən hərəkətlərdən mənfi təsirləndiyini bildirib.

Letzte Generation qrupu noyabrın 20-də başda A2 şosesi olmaqla şəhərin mərkəzində bir çox nöqtədə əllərini asfalta yapışdıraraq etiraz aksiyaları təşkil etmiş, Vyana və ətraflarında ciddi nəqliyyat problemlərinə səbəb olan nümayişlərdə 57 nəfər saxlanılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu