Fransada "TotalEnergies"ə qarşı "Afrikada iqlim dəyişikliyinə təhrik" ittihamı ilə cinayət işi açılıb


Fransadakı ekoloji təşkilatlar “Afrika ölkələri Uqanda və Tanzaniyada neft hasilatı fəaliyyətləri vasitəsilə iqlim dəyişikliyinə təkan vermək” üçün "TotalEnergies"ə qarşı cinayət işi qaldırıblar.


"Le Monde" xəbər verir ki, "Darwin Climax Coalitions", "Sea Shepherd France", "Wild Legal" və "Stop EACOP-Stop Total" adlı 4 ətraf mühit birliyi "TotalEnergies"i Şərqi Afrika Xam Neft Boru Kəməri (EACOP) ilə "ətraf mühitə və iqlimə zərər verməkdə" ittiham edib.

Dərnəklərin şikayətində “qlobal fəlakətlə mübarizədən yayınma”, “başqalarının əmlakını məhv etməklə insanlar üçün təhlükə yaratmaq” və “ehtiyatsızlıqdan ölümə səbəb olma” ittihamları yer alıb.

"TotalEnergies"dən verilən açıqlamada şikayətdən xəbərsiz olduqları və şirkətə qarşı hansı ittihamların irəli sürüldüyünü bilmədikləri qeyd edilib.

Qeyd edilib ki, zərurət yaranarsa, ittihamlara qarşı məhkəmədə müdafiə çıxışı olacaq.

Keçən il "TotalEnergies" Çin Milli Dəniz Neft Şirkəti (CNOOC), Uqanda və Tanzaniyanın da daxil olduğu EACOP çərçivəsində 10 milyard dollarlıq razılaşma əldə edildiyini açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 1443 kilometr olacaq, bunun 96 kilometri Uqanda, 1147 kilometri isə Tanzaniya sərhədləri daxilində yerləşəcək.

Şirkət 2025-ci ilə qədər Uqandada 400 neft quyusu qazmağı hədəfləyir.

Ölkədəki üç ətraf mühit birliyi 2020-ci ildə "TotalEnergies"ə qarşı onun iqlim dəyişikliyi ilə mübarizə siyasətində aldadıcı olduğunu iddia edərək cinayət şikayəti verdikdən sonra prokurorluq 2022-ci ilin yanvarında ilkin istintaqa başlamaq qərarına gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu