Britaniya və Aİ Ukraynaya hərbçi göndərmək planlarını təxirə saldı


Böyük Britaniya və Avropa İttifaqı (Aİ) atəşkəsdən sonra təhlükəsizliyin təmin edilməsi məqsədilə Ukraynaya hərbçi göndərmək planlarını təxirə salıb. Bu barədə Telegraph qəzeti mənbələrə istinadla məlumat yayıb.



Məqalədə qeyd olunur ki, qərarın əsas səbəbi ABŞ-ın münaqişənin tənzimlənməsi istiqamətində uğursuzluğuVaşinqtonun Avropa hərbçilərinə təhlükəsizlik zəmanəti verməkdən imtina etməsidir.



Nəşr yazır ki, istəklilər koalisiyası gələcək müzakirələri Kiyevə mövcud resurslar çərçivəsində dəstək verməyə yönəldəcək. Bu isə əvvəlki planların nəzərəçarpacaq dərəcədə yumşaldılması deməkdir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu