Kreml: Yaxın Şərqdəki vəziyyətdən narahatıq


Kremlin sözçüsü Dmitri Peskov İsrailin Livana hücumlarına görə Yaxın Şərqdəki vəziyyətin son dərəcə təhlükəli olduğunu və narahat olduqlarını bildirib.


Peskov jurnalistlərə İsrailin Livana hücumları və Yaxın Şərqdəki vəziyyətlə bağlı qiymətləndirmələr edib.

Hazırda Yaxın Şərqdə hər hansı bir həllin mümkünlüyündən danışmaq çətindir deyən Peskov, həllin tək bir ölkənin əlində olduğuna diqqət çəkib.

"Sülhə gedən yol ölkələrdən birinin inhisarındadır və hələlik heç bir uğur əldə edilə bilməz. Hazırda heç bir imkan müəyyən edə bilmirik. Bu vəziyyəti daha da potensial olaraq təhlükəli edir", - deyə Peskov bildirib.

İsrail və Livan arasında gərginliyin artmasını potensial olaraq son dərəcə təhlükəli adlandıran Peskov münaqişənin genişlənməsinin regionun tam sabitliyinin pozulmasına gətirib çıxaracağını bildirib.

Ukrayna prezidenti Volodimir Zelenskinin televiziya kanalına müsahibəsində münaqişənin sonunun çoxlarının düşündüyündən də yaxın olduğunu deməsinə gəlincə, Peskov deyib: "Hər bir müharibə bu və ya digər şəkildə sülhlə bitir. Bizim üçün hədəflərimizə çatmağın başqa alternativini qətiyyən yoxdur. Hədəflərimizə bu və ya digər şəkildə çatdıqda, xüsusi hərbi əməliyyat tamamlanacaq".

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu