Orban Avropa üçün reallığın yaxınlaşdığını bildirib


Macarıstanın Baş naziri Viktor Orban Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen barədə keçiriləcək səsvermə ilə əlaqədar olaraq 10 iyul tarixini Avropa üçün “reallığın gələcəyi gün” adlandırıb. Bu barədə o, X sosial şəbəkəsindəki paylaşımında məlumat verib.



“Sabah reallıq gələcək: bir tərəfdə Brüsselin imperialist elitası, digər tərəfdə isə vətənpərvərlər və sağlam düşüncə olacaq”, – deyə Orban qeyd edib.



Orban paylaşımında Avropa Komissiyasının rəhbəri fon der Lyayenə də müraciət edib. Liderliyin məsuliyyət tələb etdiyini vurğulayan baş nazir onu istefaya çağırmaqla bağlı əvvəlki fikrini bir daha təkrarlayıb.



O, məsələnin təkcə fon der Lyayenin şəxsində deyil, ümumilikdə Avropanın gələcəyi ilə bağlı olduğunu bildirib.



Xatırladaq ki, Viktor Orban daha əvvəl fon der Lyayenə qarşı irəli sürülən korrupsiya ittihamları səbəbindən onun vəzifədən getməsini tələb etmişdi. Avropa Komissiyasının rəhbəri ilə bağlı etimad səsverməsi 10 iyulda Strasburqda keçiriləcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu