Konqresə Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsi təqdim edilib


ABŞ Konqresinin üzvləri Zak NannCoş Qotheymer Nümayəndələr Palatasına PEACE Act adlı qanun layihəsi təqdim ediblər. Layihə Rusiya enerji sektorunu maliyyələşdirən və ya sanksiya altında olan Rusiya təşkilatları ilə biznes əlaqəsi quran xarici banklara qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutur. Bu barədə RIA Novosti məlumat yayıb.



Konqresmen Zak Nann bildirib ki, ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukraynanı sülhə çağırmaqla düzgün addım atır. “Müharibə veteranı və keçmiş kəşfiyyatçı kimi bilirəm ki, Rusiya təkcə sözlərlə danışıqlar masasına oturmaz”, – deyə o əlavə edib.



Nann vurğulayıb ki, iki partiyanın dəstəklədiyi bu qanun layihəsi ABŞ-ın mövqeyini konkret addımlarla gücləndirir və amerikalı vergi ödəyicilərinə əlavə yük yaratmır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu