Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir


ABŞ prezidenti Donald Tramp hələ də Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq etmək variantını nəzərdən keçirir.



AFN.az xəbər verir ki, bu barədə “Reuters” Ağ Ev rəsmilərinə istinadən məlumat yayıb.



Bildirilir ki, Amerika lideri hələ də yeni anti-Rusiya sanksiyalarının tətbiqi variantını nəzərdən keçirir. Qeyd olunur ki, banklara və enerji sektoruna qarşı məhdudiyyətləri özündə əks etdirən yeni tədbirlər paketi artıq hazırdır.



"Tramp müvafiq fərmanı imzalayacağı təqdirdə məhdudiyyətlər artıq qüvvəyə minməyə hazırdır", - deyə mənbə vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu