AB Rusiyaya qarşı enerji sanksiyalarına etiraz etmir


Avropa İttifaqının (Aİ) bütün dövlətləri Rusiya Federasiyasına qarşı enerji sanksiyalarının sərtləşdirilməsini dəstəkləyib.


AFN.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Politico" məlumat yayıb. Qeyd olunur ki, Aİ ölkələrinin nümayəndələri yeni məhdudiyyətlər paketinin texniki məsələlərini müzakirə ediblər. Materialda deyilir ki, hazırda tətbiq edilmiş tədbirlərin sərtləşdirilməsinə ciddi etiraz yoxdur.

Aİ diplomatlarından biri nəşrə bildirib ki, 11-ci anti-Rusiya sanksiyalar paketi əvvəlkilərdən onunla fərqlənəcək ki, burada əsas diqqət məhdudiyyətlərdən yayınmağa yönələcək. Onun sözlərinə görə, bu paket əsaslı şəkildə fərqli təsir göstərəcək, ona görə də ölkələr tələsmir və bütün təklifləri nəzərdən keçirir.

Bundan əvvəl, mayın 8-də Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Erik Mamer bildirmişdi ki, AK üzv ölkələrə 11-ci anti-Rusiya sanksiyaları paketinin layihəsini təsdiq üçün təqdim edib. O qeyd edib ki, məhdudiyyətlər paketi tam hazırdır.

Elə həmin gün "Financial Times"ın məqaləsində Brüsselin Çinə məhdudiyyətlər tətbiq etmək niyyətindən bəhs edilir. Yeni sanksiyaların müzakirəsinə səbəb Çin şirkətlərinin Rusiya ordusuna dəstək verdiyi iddia edilən məlumatlar olub. Bu şirkətlərdən bəziləri artıq ABŞ sanksiyalarına məruz qalıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu