KİV: Konqresdəki demokratlar Rusiyaya qarşı daha sərt sanksiyalar təklif edirlər

ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi və Ukraynaya dəstəyin artırılması ilə bağlı qanun layihəsi təqdim ediblər.
AFN.az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, sənəddə Ukraynanın təhlükəsizliyi və bərpasının təmin edilməsi, habelə Rusiyaya qarşı sərt sanksiyaların tətbiqinə vəsaitin ayrılması ilə bağlı müddəalar var. Qanun layihəsi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin yüksək səviyyəli demokratı Qreqori Miks tərəfindən dəstəklənib.
Agentlik qeyd edir ki, hazırda Konqresin hər iki palatasında azlıqda olan demokratların qanun layihəsi ABŞ-dan Kiyevə hərbi dəstəyin davam etdirilməsinə ümid edən siyasi rəqibləri tərəfindən Respublikaçı prezident Donald Trampın administrasiyasına təzyiq elementidir. Bildirilir ki, sənəd hazırkı formada qəbul edilməsə belə, onun bəzi müddəaları ABŞ Konqresində qəbul oluna biləcək Ukrayna ilə bağlı ikitərəfli qanun layihəsinə daxil edilə bilər.