Polşa Baltik dənizini NATO-nun daxili dənizi adlandırdı


Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamyş bildirib ki, İsveçFinlandiyanın NATO-ya qoşulmasından sonra Baltik dənizi artıq alyansın daxili dənizinə çevrilib.



Nazir bu açıqlamanı quru əsaslı sahil radar sistemlərinin tədarükünə dair müqavilənin imzalanması zamanı verib. Bildirilib ki, Baltik sahili boyunca 18 radiolokasiya stansiyası yerləşdiriləcək.



Kosinyak-Kamyş əlavə edib ki, hazırda qurulmaqda olan müşahidə sistemi Polşanın Kalininqrad vilayəti ilə sərhəddə yerləşən əraziləri də əhatə edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu