Rusiya Norveç, İsveç və Finlandiya ilə Barents dənizi əməkdaşlıq müqaviləsini ləğv etdi


Rusiyanın baş naziri Mixail Mişustin Norveç, İsveç və Finlandiya ilə Barents dənizində əməkdaşlıq sazişinin ləğvi haqqında sənəd imzalayıb.


Mişustinin imzaladığı və Rusiyanın Rəsmi Sənədlər Sistemində dərc olunan sənədə əsasən, Barents dənizində Norveç, İsveç və Finlandiya ilə əməkdaşlıq müqaviləsinə xitam verilib.

Sənəddə Rusiya Xarici İşlər Nazirliyinə verilən qərarla bağlı sözügedən ölkələri məlumatlandırmaq tapşırılıb.

Saziş Barents dənizi və Avropa Arktika regionunda əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə Beynəlxalq Barents Katibliyinin yaradılmasını nəzərdə tuturdu.

Rusiya 2023-cü ildə Barents Regional Şurasından çıxmaq qərarına gəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu