ABŞ-da hakim 600 Qvatemalalı uşağın deportasiyasını dayandırdı
ABŞ-da federal hakim Donald Tramp administrasiyasının Qvatemaladan olan təxminən 600 müşayiətsiz uşağın ölkədən çıxarılması qərarının icrasını müvəqqəti olaraq dayandırıb.
ABŞ mətbuatının məlumatına görə, vəkillər Trump administrasiyasının ölkəyə qanunsuz yollarla, ailələri olmadan gəlmiş 10-17 yaş arası uşaqların deportasiyasına qarşı məhkəmə iddiası qaldırıb.
İddiada bildirilir ki, bu uşaqlar ölkələrinə geri göndərilsələr, “istismar, görməzdən gəlmə, məhkəməyə çağırılma və ya işgəncəyə” məruz qala bilərlər.
İddia təqdim edildikdən sonra Vaşinqton Regional Məhkəməsinin hakimi Sparkle Suknanan uşaqların deportasiya qərarının icrasını 14 gün müddətinə dayandırıb.
Bu qərarla sözügedən 10 uşaqla yanaşı, təxminən 600 Qvatemalalı müşayiətsiz uşağın da deportasiya prosesi dayandırılıb.
Qeyd olunur ki, qərarın elan olunduğu anda bəzi uşaqlar artıq təyyarəyə mindirilmişdi, lakin qərardan sonra təyyarədən endirilərək Qaçqınların Yenidən Yerləşdirilməsi İdarəsinə göndəriliblər.
Demokrat senator Ron Viden Tramp administrasiyasının ABŞ-a ailəsi olmadan gəlmiş təxminən 600 Qvatemalalı uşağın deportasiya planına etirazını bildirmişdi.
Qeyd edək ki, Tramp administrasiyası miqrantlara qarşı qərar və addımlarına görə tez-tez tənqid olunur və məhkəmə qərarları ilə bir çox addımı dayandırılır.
