Qızıl Xaç və Qızıl Aypara: Əfqanıstan təcili yardıma ehtiyac duyur


Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Assosiasiyaları Federasiyası (IFRC) Əfqanıstanda çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələnin bir çox ailəni evlərindən didərgin salmasına və bu insanların təcili humanitar yardıma ehtiyacı olduğunu açıqlayıb.

IFRC Əfqanıstanda baş vermiş zəlzələ ilə bağlı yazılı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, Əfqanıstan hökuməti ölkənin cənub-şərq vilayətlərində baş vermiş dağıdıcı zəlzələyə müdaxilə edir. 6 bal gücündəki zəlzələ Kunar, Nangarhar və Laghman vilayətlərində genişmiqyaslı dağıntılara səbəb olub.

“Bir çox ailə evlərindən didərgin düşmüş vəziyyətdədir və təcili humanitar yardıma ehtiyac duyur” ifadəsi bəyanatda yer alıb.

Bəyanatda həmçinin bildirilib ki, Əfqan Qızıl Aypara cəmiyyəti zərərçəkmişlərə dəstək olmaq və təcili yardım göstərmək üçün təcili vəziyyət qruplarını göndərib. Ambulanslar yaralıları tam dolu vəziyyətdə olan Nangarhar xəstəxanası da daxil olmaqla sıxlıq olan səhiyyə müəssisələrinə çatdırır.

Bəyanatda “Axtarış və xilasetmə dəstəyi, təcili tibbi xidmətlər, qida və təmiz su, həmçinin yol əlaqələrinin bərpası təcili ehtiyaclar arasında önə çıxır” ifadələri istifadə olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu