İtaliya Qəzzaya bombardımanı dayandırmağa çağırdı
İtaliya dərhal Qəzza sektoruna bombardımanın dayandırılmasını və HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsini tələb edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Antonio Tayanı BMT Baş Assambleyasında Fələstin-İsrail konflikti üzrə konfransda bildirib.
Tayanı vurğulayıb: “BMT-dən gələn mesaj aydındır: İsrail Qəzza bombardımanını dayandırmalı, HƏMAS isə bütün girovları azad etməlidir.”
O əlavə edib ki, İtaliya iki dövlət prinsipi əsasında sülh yolunu dəstəkləməyə və Fələstin əhalisinə yardım göstərməyə davam edəcək.

