Quterreş: Süni intellekt artıq dünya və təhlükəsizlik mühitinə təsir göstərir


Süni intellekt artıq dünya və təhlükəsizlik mühitinə təsir göstərir.

AFN.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş bildirib. O, beynəlxalq hüquqi çərçivələrin yaradılmasına və qüvvə tətbiqi üzərində insan nəzarətinin qorunmasına çağırıb.

Quterreş bu bəyanatı BMT Təhlükəsizlik Şurasının süni intellekt mövzusundakı iclasında səsləndirib.

Aydın olaq: insanlığın taleyi alqoritmlərin ixtiyarına buraxıla bilməz. Həyat və ölüm barədə qərar vermək səlahiyyəti həmişə insanlarda qalmalıdır”, – deyə baş katib vurğulayıb. O, gələn ilə qədər insan nəzarəti olmadan fəaliyyət göstərən ölümcül avtonom silah sistemlərinin qadağan olunmasına dair hüquqi öhdəlik daşıyan sənədin imzalanmasını təklif edib. Quterreş əlavə edib ki, nüvə silahından istifadə ilə bağlı qərarlar da yalnız insanların əlində olmalıdır.

Baş katibin sözlərinə görə, son münaqişələr süni intellekt əsaslı idarəetmə sistemləri üçün sınaq meydanına çevrilib, kiberhücumlar isə cəmi dəqiqələr içində həyati infrastrukturun sıradan çıxmasına səbəb ola bilər. O, həmçinin İA-nın saxta audio və video materiallar yaratmaq qabiliyyətinin informasiya bütövlüyünə təhlükə yaratdığını, cəmiyyətdə parçalanmanı dərinləşdirdiyini və diplomatik böhranlara yol aça biləcəyini qeyd edib.

Quterreş bu problemlərin həlli üçün dörd prioritet açıqlayıb: qüvvə tətbiqi üzərində insan nəzarətinin təmin olunması, qlobal hüquqi-normativ çərçivələrin yaradılması, informasiya bütövlüyünün qorunmasıölkələr arasında süni intellekt imkanlarında bərabərsizliyin aradan qaldırılması.

O, həmçinin BMT himayəsi altında Müstəqil Beynəlxalq Elmi Panelinillik Qlobal Dialoqun yaradılacağını elan edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu