"Samsung" plansız şəkildə smartfon buraxılışını dəyişdi
"Samsung" korporasiyası "Galaxy S25+" modelinin davamını buraxmağa qərar verib.
AFN.az xəbər verir ki, bu barədə "Ice Universe" ləqəbli tanınmış insayder öz X səhifəsində məlumat verib.
Məlum olub ki, şirkət "Galaxy S26+" smartfonunun istehsal layihəsini bərpa edib. Əvvəllər "Samsung"un geniş ekranlı yeni cihazı – "Galaxy S25+" sonrası modeli – hazırlamayacağı bildirilmişdi.
"Ice Universe" qeyd edib ki, şirkətin planlarını dəyişməsinə səbəb ultra nazik "Galaxy S25 Edge"-in uğursuz satışları və gələcək "iPhone Air" barədə yaranan məyusluq olub. Əvvəlcə nazik korpuslu telefonların bazarda tələb olunacağı hesab edilirdi, lakin proqnoz yanılmışdı.
“Bu, sadəcə gülməlidir. Samsung indi tam spekulyantdır, müstəqil vizyonu yoxdur və "Apple"ı izləyir” - deyə insayder əlavə edib. Onun sözlərinə görə, "Apple" nazik "iPhone" layihəsi barədə yayılan şayiələrlə "Samsung"u “tələ”yə salıb, bu da şirkəti "Galaxy S25 Edge"-in hazırlanması prosesinə vadar edib.
"Ice Universe"-in məlumatını Koreya nəşri "The Elec" də təsdiqləyib. Nəşrin proqnozuna görə, "Samsung" 2026-cı ilin yanvarında üç smartfon təqdim edəcək: "Galaxy S26", S26+ və S26 Ultra.
2 oktyabr tarixində “M.Video” nümayəndələri bildiriblər ki, sentyabr ayında ən çox satılan 10 smartfonun 5-i "iPhone" modelləri olub. "Apple" cihazları həm də satışın dəyərinə görə liderdir.





