Tramp İsrailə gedib
Donald Tramp İsrailə səfər edib
ABŞ Prezidenti Donald Tramp İsrailə gedib.
AFN.az yerli mediaya istinadən xəbər verir ki, onun təyyarəsinin Ben Qurion hava limanına enişi İsrail hökumətinin mətbuat xidməti tərəfindən canlı yayımlanıb.
Trampı qırmızı xalça üzərində İsrail Prezidenti İsxak Hersoq, Baş nazir Benyamin Netanyahu və hərbi orkestr müşayiətli fəxri qarovul qarşılayıb.
Səfər çərçivəsində Tramp Qüdsə gedərək İsrail parlamenti – Knessetdə çıxış edəcək. Daha sonra o, hava limanına qayıdaraq Qəzza ilə bağlı əldə olunan razılaşmalar fonunda çağırılmış “Sülh Sammiti”ndə iştirak etmək üçün Misirə yola düşəcək.
