Qəzaya uğrayan təyyarədə 20 hərbçi var imiş - Türkiyə MN
Xəbər verildiyi kimi, bu gün Gürcüstan səmasında Türkiyəyə məxsus olduğu deyilən hərbi təyyarə qəzaya uğrayıb. Təyyarənin Azərbaycandan Türkiyəyə uçduğu bildirilir.
AFN.az-ın xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyi sözügedən qəzadakı hərbçilərin sayı ilə bağlı açıqlama yayıb. Bildirilir ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.


