2.200 illik Leydi Dai: Zamanı yenən bədən - FOTOLAR
1971-ci ildə Çinin Çangşa şəhərində möhürlü bir məzar açıldıqda, arxeoloqlar sıradan bir skelet görməyi gözləyirdilər. Lakin qarşılarında zamana meydan oxuyan, çürüməyə "vaxt tapmayan" 2.200 illik bir bədən vardı.
Batı Xanlığı sülaləsindən Xin Zhui — Leydi Dai ölümündən minilliklər sonra belə sanki yaşayıbış kimi görünürdü. Dərisi yumşaq, oynaqları hərəkət edirdi, saçları və kirpikləri yerində idi. İlk müayinə zamanı damarlarında hələ də qan izi aşkar olunmuşdu.
Bu nadir qorunma, məzarın içindəki gil və kömür qatlarının havanı tamamilə kəsərək məzarı sanki möhürləməsi, oksigensiz bir mikro-iqlim yaratması ilə izah olunur. Bundan əlavə, bədəni əhatə edən gizli qoruyucu maye, çürüməni minilliklər boyu dayandırmış kimi görünür.
Məzarından çıxarılan 1.000-dən çox əşya — ipək paltarlar, kosmetik vasitələr, musiqi alətləri, lak əşyalar, hətta tibbi əlyazmalar — dövrün həyat tərzini, tibbi biliklərini və soylu mədəniyyətini bu günümüzə daşıyır.
Aparılan araşdırmalar Leydi Dainin ürək xəstəliyi və digər müxtəlif sağlamlıq problemləri ilə yaşadığını ortaya qoyub, bu isə müasir elmə antik dövrün həyat sirrlərinə baxmaq üçün unikal bir pəncərə açır.
Bu gün Leydi Dai dünyanın ən yaxşı qorunmuş insan bədəni olaraq Hunan Əyalət Muzeyində sərgilənir. Onun varlığı hələ də düşündürür: İnsan bədəni həqiqətən yalnız torpağa təslim olur, yoxsa bəziləri zamanın belə toxuna bilmədiyi bir sirr daşıyır?



