Ağ Ev: Donald Trampın sağlamlıq vəziyyəti çox yaxşıdı


Ağ Ev ABŞ Prezidenti Donald Trampın maqnit-rezonans tomoqrafiyası (MRT) nəticələrinə əsasən ümumi sağlamlıq vəziyyətinin çox yaxşı olduğunu açıqlayıb.

X-də Ağ Ev həkimi Şon Barbabellanın Trampın MRT nəticələrinə dair qiymətləndirməsinə yer verilib.

Açıqlamada skanlamanın profilaktik xarakter daşıdığı və ümumi sağlamlıq vəziyyətini təsdiqləmək üçün aparıldığı vurğulanaraq, “Trampın kardiovaskulyar görüntüləmə nəticələri olduqca normaldır” ifadəsi qeyd olunub.

“Hər bir vacib orqan çox sağlam görünür” deyilən açıqlamada, bu səviyyədə bir qiymətləndirilmənin standart olduğu və Trampın ümumi sağlamlıq vəziyyətinin çox yaxşı olduğunu təsdiqlədiyi bildirilib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu