Yer kürəsində maqnit qasırğası gözlənilir
Bu gün Yer kürəsində maqnit qasırğasının baş verəcəyi gözlənilir.
AFN.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası və Sibir Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu məlumat yayıb. Bildirilir ki, maqnit qasırğası koronal dəlik və X sinifli günəş püskürməsindən yaranan plazma buludunun təsiri nəticəsində baş verəcək.
“2025-ci ilin dekabr ayının ilk maqnit qasırğası 3 dekabrda baş verəcək. Bunun səbəbi bir neçə faktorun eyni anda Yerə təsir göstərməsidir: hazırda Günəş diskinin mərkəzi hissəsində müşahidə olunan koronal dəlik və 1 dekabr tarixində baş vermiş X səviyyəli günəş püskürməsindən sonra yaranan plazma çıxışı. Hesablamalara görə, bu çıxışın kənarı 3-4 dekabr gecəsi Yerə təsir edə bilər” - deyə institutun açıqlamasında bildirilib.
Proqnozlara əsasən, maqnit sahəsindəki pozuntular orta səviyyə olan G2-dən yuxarı qalxmayacaq, lakin təsirləri nisbətən uzun müddətli ola bilər. Bundan əlavə, şimal və cənub işıqları (aurora)nın görünmə ehtimalının artacağı gözlənilir.

