Suriya 40 ildən sonra Dünya Bankı ilə ilk layihəni imzaladı


Suriya təxminən 40 illik fasilədən sonra Dünya Bankı ilə ilk birgə layihəni həyata keçirmək üçün elektrik ötürmə xətlərinin bərpasına dair razılaşmanın son imza mərhələsini tamamlayıb.

Suriya maliyyə naziri Məhəmməd Yasir Berniyə sosial media hesabında verdiyi açıqlamada elektrik ötürmə xətlərinin bərpası və gücləndirilməsini əhatə edən layihənin son sənədinin imzalandığını bildirib.

Berniyə layihənin kredit deyil, qrant çərçivəsində maliyyələşdirildiyini vurğulayaraq, “Bu iş xüsusilə Energetika Nazirliyinin elektrik təchizatını gücləndirməyə yönəlmiş səylərinə dəstək və ölkə iqtisadiyyatına töhfə verəcək” ifadələrini işlədib.

Xatırladaq ki, iyunda Dünya Bankının İdarə Heyəti Suriyada elektrik ötürmə xətlərinin bərpası üçün 146 milyon dollarlıq qrantın ayrılmasını təsdiqləmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu