ABŞ-da 5 ştat Tramp administrasiyasına qarşı iddia qaldırdı


ABŞ-da beş ştat uşaqlar və ailələr üçün nəzərdə tutulmuş sosial təminat fondlarının dondurulması səbəbilə Donald Tramp administrasiyasına qarşı məhkəməyə müraciət edib.

ABC News-un məlumatına görə, Demokrat ştatları olan Kaliforniya, Kolorado, Minnesota, İllinoys və Nyu Yorkun baş prokurorları Tramp administrasiyasına qarşı iddia qaldırıb.

Nyu York Cənubi Bölgə Federal Məhkəməsində açılan iddiada baş prokurorlar fondların dondurulmasını “konstitusiyaya zidd səlahiyyət sui-istismarı” adlandırıblar.

Baş prokurorlar məhkəmədən Tramp administrasiyasına fondların dondurulmasını dayandırmaq və vəsaitləri sərbəst buraxmaq barədə göstəriş verməsini tələb ediblər.

Nyu York Baş Prokuroru Letitia Ceyms bildirib ki, ən müdafiəsiz ailələr, Tramp administrasiyasının xaos və intiqam kampaniyasının yükünü daşıyır.

Kaliforniya Baş Prokuroru Rob Bonta isə qeyd edib ki, Tramp administrasiyasının dondurduğu sosial fondların təxminən yarısı ştatdakı proqramları dəstəkləyir.

Qeyd edək ki, ABŞ administrasiyası bu həftə beş ştat üzrə Uşaq Baxımı və İnkişaf, Ehtiyaclı Ailələr üçün Müvəqqəti Yardım və Sosial Xidmətlər Blok Qrantı fondlarını dondurub.

Dondurulmuş sosial təminat fondları həmin ştatlarda uşaqlara və aşağı gəlirli ailələrə yardım məqsədilə nəzərdə tutulmuş proqramlara federal maliyyə təmin edir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu