Starmer: Müdafiə xərcləri sürətlə artırılmalıdır


Böyük Britaniyanın Baş naziri Keyrr Starmer ölkənin müdafiə büdcəsinin artırılmasını dəstəkləyib.

AFN.az "Sky News"a istinadən xəbər verir ki, hökumət başçısı Londonun müdafiə xərclərini ÜDM-in 3 faizinə çatdırılmasını sürətləndirmək niyyətində olduğunu və bu göstəriciyə artıq 2029-cu ilə qədər nail ola biləcəyini deyib.

"Bu o deməkdir ki, müdafiə xərcləri məsələsində biz daha sürətli hərəkət etməliyik" - deyə Starmer bildirib. O, bu zərurəti Ukraynada sülh əldə olunacağı təqdirdə belə, Rusiyanın Birləşmiş Krallıq üçün yaratdığı iddia edilən təhlükə ilə əsaslandırıb.

Büdcə məsuliyyəti idarəsinin hesablamalarına görə, 2029-2030-cu illərə qədər bu hədəfə nail olmaq büdcəyə illik 17,3 milyard funt-sterlinqə (təxminən 23,6 milyard dollar) başa gələcək. Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi Riçard Nayton və Bundesverin baş müfəttişi Karsten Breuer birgə məqalədə Avropada daha aktiv yenidən silahlanmanı məqsədəuyğun sayıblar.

Hərbi liderlərin rəyində qeyd olunur: "Güc təcavüzün qarşısını alır. Zəiflik isə onu təhrik edir". Bu addım öz xalqlarını müdafiə etmək və sülhü qorumaq əzmində olan dövlətlərin məsuliyyətli hərəkəti kimi qiymətləndirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu