Tehranda ard-arda partlayışlar
ABŞ və İsrail hücumlarının hədəfində olan İranın paytaxtı Tehranda ard-arda partlayışlar baş verib.
AFN.az xəbər verir ki, hava hücumlarından sonra paytaxtın bəzi nöqtələrindən tüstülər yüksəlməyə başlayıb.
Döyüş təyyarələrinin səsi eşidildikdən qısa müddət sonra Tehranın müxtəlif yerlərində partlayış səsləri qeydə alınıb. Hücum zamanı İrana məxsus hava hücumundan müdafiə sistemləri işə düşüb, şəhərin fərqli bölgələrindən tüstü dumanları qalxıb.
Digər tərəfdən, Tehran səmalarında döyüş təyyarələrinin səsi eşidilməkdə davam edir.

