İsrail Tehrandakı hədəflərə qarşı genişmiqyaslı hücum dalğasına başladığını elan edib
İsrail Müdafiə Ordusu (SAXAL) İranın paytaxtı Tehranda yerləşən infrastruktur obyektlərinə qarşı genişmiqyaslı zərbə dalğasının başladığını bəyan edib.
AFN.az xəbər verir ki, martın 3-də (2026-cı il) İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzindəki idarəetmə qərargahlarını, hərbi infrastrukturu və dövlət binalarını hədəf alan yüzlərlə aviazərbə endirib. SAXAL-ın yaydığı məlumata görə, əməliyyat "Hizbullah" və İran rejiminə qarşı koordinasiya edilmiş daha böyük hərbi kampaniyanın tərkib hissəsidir. Şahidlərin bildirdiyinə görə, Tehranda silsilə partlayış səsləri eşidilir və şəhərin müxtəlif yerlərindən tüstü dumanları yüksəlir.
