ABŞ İran sərhədinə minlərlə əlavə əsgər göndərir



ABŞ Prezidenti Donald Trampın Tehranla səmərəli görüşlərin keçirildiyini açıqlamasından sonra Pentaqon bölgəyə 3-4 min nəfərlik əlavə hərbi qüvvə göndərməyə hazırlaşır.

AFN.az xəbər verir ki, "Reuters" agentliyinin anonim mənbələrə istinadən yaydığı məlumata görə, bu əlavə dəstək 82-ci Hava-Desant Diviziyasının 2 min hərbçisini də əhatə edir.

Sözügedən addımın martın 18-də gündəmə gələn və ABŞ-ın hərbi variantlarını İran ərazisindəki əməliyyatları da əhatə edəcək şəkildə genişləndirən planın tərkib hissəsi olduğu bildirilir. Fort-Breqq bazasında yerləşən əsgərlərin Yaxın Şərqdə dəqiq hara göndəriləcəyi və ya bölgəyə nə vaxt çatacağı barədə rəsmi məlumat verilməyib.

Ağ Evin sözçüsü Anna Kelli Prezident Trampın bütün hərbi variantları masada saxladığını vurğulasa da, hələlik birbaşa İran daxilinə əsgər yeridilməsi barədə qərarın alınmadığı, lakin bu əlavə hərbi dəstəyin gələcək potensial əməliyyatlar üçün potensialı artıracağı qeyd edilib. Bu, son günlərdə "USS Boxer" amfibiya hücum gəmisi ilə göndərilən minlərlə dəniz piyadasından sonra ən böyük qüvvə dəstəyi kimi qeydə alınıb.

Əlavə qüvvələr göndərilməmişdən əvvəl bölgədə təxminən 50 min ABŞ əsgəri mövcud idi. Yeni hərbi bölmələrin göndərilməsi xəbəri Trampın İranla səmərəli danışıqlar apardıqlarını deyərək enerji obyektlərini bombalamaq təhdidini təxirə salmasından cəmi bir gün sonraya təsadüf edir. Lakin Trampın bəyanatlarına baxmayaraq, İran tərəfi hər hansı bir danışıqların aparıldığını təkzib etməkdə davam edir. Bildirilir ki, ABŞ və İsrailin fevralın 28-də başlatdığı hərbi əməliyyatlardan bəri İran daxilində təxminən 9 min hədəf vurulub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu