Yaxın Şərqdə gərginliyin artması fonunda ABŞ bölgəyə əlavə qoşun göndərir


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Yaxın Şərqdə İsrail ilə Livan Hizbullahı arasında artan gərginlik səbəbindən bölgəyə əlavə əsgər göndərəcəyini açıqlayıb.



“Yaxın Şərqdə artan gərginlik və tədbirlərə görə biz artıq regionda olan qüvvələri gücləndirmək üçün az sayda əlavə ABŞ hərbi personalını göndəririk”, - Pentaqonun bəyanatında deyilir.

Hara və neçə əsgər göndəriləcəyi ilə bağlı suallara cavab olaraq, “Əməliyyat təhlükəsizliyinə görə konkret detallar barədə şərh və ya məlumat verməyəcəyik” ifadəsi işlədilib.

Hazırda ABŞ-ın bölgədə təxminən 40 min əsgəri var.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu