Fransa təhsil naziri TikTok alqoritmi ilə bağlı cinayət işi qaldırıb
Fransa Təhsil Naziri Eduard Geffray intihara sövq etdiyi əsası ilə Çin sosial media platforması TikTok-un alqoritmi barədə şikayət etdiyini bildirib.
AFN.az xəbər verir ki, "France Inter" radiosuna qonaq olan Geffray TikTok-un istifadəçilər üzərindəki təsirlərinə dair qiymətləndirmələr aparıb.
"İntihara sövq etmə" və "qanunsuz məlumatların ötürülməsi" səbəbi ilə TikTok alqoritmi haqqında Paris Respublika Prokurorluğuna cinayət işi açılması üçün müraciət etdiyini qeyd edən nazir, rəhbərlik etdiyi qurumdakı komandası ilə birlikdə platforma üzərində apardıqları təcrübə barədə məlumat verib.
Geffrayın sözlərinə görə, təcrübə çərçivəsində özlərini 14 yaşında göstərərək platformada hesab açıblar və cəmi 20 dəqiqə sonra heç bir paylaşımı bəyənmədikləri halda qarşılarına depressiv və intihara sövq edən videolar çıxmağa başlayıb.
Fransa Təhsil Naziri "Yeniyetmələri həyatları üçün təhlükəli istiqamətlərə aparan bu ölümcül spiralı dayandırmalıyıq" ifadəsini işlədib.

