Nepalda "TikTok"a giriş qadağası 9 aydan sonra qaldırıldı


Nepalda hökumət ölkədə ictimai quruluşa ziyan vurduğu əsası ilə qadağan edilən "TikTok"u yenidən açmağa qərar verib.



Nepalın Rabitə və İnformasiya Texnologiyaları Naziri Prithvi Subba Qurung Nazirlər Şurasının iclasında "TikTok" qadağasının müzakirə edildiyini bildirib.

Yığıncaqda "TikTok"a giriş qadağasının aradan qaldırılmasına qərar verildiyini ifadə edən Qurung, baş nazir Khadga Prasad Olinin bütün sosial media platformalarına bərabər davranılması ilə bağlı təlimat verdiyini də ifadə edib.

Hökumət həmçinin bütün sosial media platformalarından Nepalda əlaqə ofisləri açmağı, vergiləri ödəməyi və ölkənin qanun və qaydalarına əməl etməyi xahiş edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu