Trampın imzası əsginaslarda yer alacaq



ABŞ Xəzinədarlıq Nazirliyi ölkənin yaradılmasının 250-ci ildönümü çərçivəsində Prezident Donald Trampın imzasının yeni çap olunacaq kağız pullarda yer alacağını açıqlayıb.

AFN.az xəbər verir ki, nazirlikdən verilən bəyanatda tarixdə ilk dəfə vəzifədə olan bir prezidentin imzasının əsginaslarda yer alacağı bildirilib.

Açıqlamada qeyd olunub ki, ABŞ-ın 250-ci ildönümü münasibətilə Prezident Trampın imzası Xəzinədarlıq naziri ilə birlikdə kağız pulların üzərinə həkk ediləcək. ABŞ-ın Xəzinədarlıq naziri Skott Bessent məsələ ilə bağlı qiymətləndirməsində bildirib ki, Prezident Trampın liderliyi altında görünməmiş iqtisadi artım, dolların qalıcı hakimiyyəti, maliyyə gücü və sabitliyi yolunda irəliləyirlər.

Bessent ABŞ-ın və Prezident Trampın tarixi uğurlarını təqdir etməyin ən güclü yollarından birinin dollar əsginaslarında onun imzasının yer alması olduğunu vurğulayaraq, sözügedən əsginasların ölkənin 250-ci ildönümündə dövriyyəyə buraxılmasının məqsədəuyğun olduğunu qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu