Qrossi: Buşehrə edilən hücumdan narahatıq



Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Mariano Qrossi İrandakı Buşehr Nüvə Enerji Stansiyasına təşkil edilən hücumdan dərin narahatlıq keçirdiyini bildirərək, nüvə müəssisələrinin və ətraf ərazilərin heç vaxt hədəf alınmamalı olduğunu vurğulayıb.

AFN.az xəbər verir ki, BAEA-nın "X" sosial media hesabından hücuma məruz qalan stansiya ilə bağlı rəsmi açıqlama yayılıb. Məlumatda qeyd olunub ki, İran tərəfi bu səhər Buşehr stansiyası yaxınlığına raket düşdüyü və nəticədə bir mühafizə əməkdaşının həyatını itirdiyi barədə agentliyi məlumatlandırıb.

Hadisə zamanı ərazidəki binalardan birinin zərbə dalğası və qəlpələrdən zərər gördüyü, lakin radiasiya səviyyəsində hər hansı artımın qeydə alınmadığı bildirilib.

BAEA sədri Rafael Qrossi yan obyektlərdə həyati əhəmiyyətli təhlükəsizlik avadanlıqlarının ola biləcəyinə diqqət çəkərək, nüvə qəzası riskinin qarşısını almaq üçün maksimum hərbi təmkin nümayiş etdirməyə çağırıb. Qeyd edək ki, bu hadisə fevralın 28-dən bəri sözügedən stansiyaya qarşı həyata keçirilən dördüncü hücumdur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu