Yaponiya ehtiyatlarından 20 günlük nefti bazara çıxarır



Yaponiya hökuməti Hörmüz boğazının açılıb-açılmayacağı ilə bağlı qeyri-müəyyənlik fonunda mayın 1-dən etibarən ehtiyatlarından 20 günlük nefti satışa çıxaracağını bəyan edib. 

AFN.az xəbər verir ki, Kyodo agentliyinin Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinə istinadən yaydığı məlumata görə, hökumət mayın 1-dən neft ehtiyatlarını dövriyyəyə buraxacaq.

Beləliklə, 3,4 milyard dollar dəyərində olan 5,8 milyon kilolitr neft bazara daxil olacaq.

Ölkənin bu addımı ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsə baxmayaraq, Hörmüz boğazının fəaliyyətinin bərpası ilə bağlı yaranan qeyri-müəyyənlik səbəbindən atdığı bildirilir.

Qeyd edək ki, Yaponiya mart ayında da Yaxın Şərqdəki gərginliklə əlaqədar strateji ehtiyatlarından 50 günlük neft həcmini bazara çıxarmışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu