İrandan Bəhreynə: Hörmüz boğazı sizin üçün də bağlanar



İran Parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Bəhreyn başda olmaqla region ölkələrinə ABŞ-ın İrana qarşı fəaliyyətlərində tərəf tutmamaları barədə xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, Əzizi Bəhreyndə İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olduqları iddiası ilə 41 nəfərin saxlanılması barədə xəbərlərdən sonra sosial media hesabında paylaşım edərək Manama rəhbərliyini hədəf alıb.

İbrahim Əzizi mesajında Bəhreyn kimi kiçik dövlətlər də daxil olmaqla, bütün hökumətləri ABŞ-ın dəstəklədiyi qərarlara tərəfdaşlıq etməyin ciddi nəticələrə yol açacağı ilə bağlı xəbərdar etdiyini bildirib.

O, Hörmüz boğazının həyati əhəmiyyətli bir arteriya olduğunu vurğulayaraq, region ölkələrini bu keçidin özləri üçün əbədi olaraq bağlanması riskini gözə almamağa çağırıb.

ABŞ və İsrailin ölkəyə hücumları ilə başlayan müharibə zamanı Bəhreyn və bəzi ərəb ölkələrini təcavüzkar tərəflərə öz ərazilərini və hava məkanını istifadə etməyə şərait yaratmaqda ittiham edən İran bundan əvvəl Bəhreyndəki ABŞ bazalarına və hədəflərinə hücumlar təşkil etmişdi.

Bəhreyn Daxili İşlər Nazirliyi isə İran İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olduqları şübhəsi ilə 41 nəfərin nəzarətə alındığını elan etmişdi.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu