NASA: "New Glenn" raketinin partlayışından sonra start meydançasının təmiri təxminən iki il çəkəcək


ABŞ-ın Kanaveral burnundakı kosmodromda "New Glenn" raketinin partlamasından sonra zərər görmüş start meydançasının bərpası təxminən iki il çəkə bilər.

AFN.az xəbər verir ki, bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Fəza İdarəsinin (NASA) rəhbəri Cared Ayzekman Vaşinqtonda keçirilən "CNBC CEO Council Summit" forumunda çıxışı zamanı bildirib.

C.Ayzekman qeyd edib: "Zaman çərçivəsinə və 2028-ci ilə gəldikdə, hesab edirb ki, onların start meydançasının bərpası [həmin vaxtadək] realdır".

Onun sözlərinə görə, NASA-nın bu sahədə topladığı təcrübə göstərir ki, müvafiq infrastrukturun bərpası böyük zaman tələb edir: "Hesab edirəm ki, start meydançası ilə bağlı işlər xeyli vaxt aparacaq. Bilirsiniz, hətta çox sürətlə hərəkət etsəniz belə, bu, ciddi zaman alacaq".

Qeyd edək ki, "Blue Origin" şirkətinə məxsus "New Glenn" ağır raketi güc qurğusunun (mühərrik sisteminin) sınaqları zamanı partlayıb. Şirkətin rəhbəri Ceff Bezos partlayışın səbəbinin hələlik müəyyən edilmədiyini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu