Bakıda binanın divarı maşınların üzərinə uçdu - VİDEO



Bakıda binanın divarı minik avtomobillərinin üzərinə aşıb.

AFN “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Qarabağ küçəsində baş verib.

Bir müddət əvvəl söküntüsü aparılmış 4 mərtəbəli binanın yolun kənarında olan qalıq hissəsi qəfil uçub.

Divar ərazidə park edilmiş avtomobillərin üzərinə aşıb.

Hadisə anı ərazidəki kamera tərəfindən anbaan lentə alınıb.

Daha ətraflı süjetdə:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu