Yasamalda binanın örtük hissələri maşınların üstünə töküldü - VİDEO


Bakının Yasamal rayonunda çoxmərtəbəli binanın örtük hissəsi avtomobillərin üzərinə düşüb.



Hadisə Yeni Yasamal yaşayış massivində baş verib.

“Mahal” MTK tərəfindən tikilməkdə olan binadan tikinti materialları həyətdə park edilmiş avtomobillərin üzərinə tökülüb.

İlkin məlumata əsasən, küləyin təsiri nəticəsində baş vermiş hadisə zamanı bir neçə avtomobilə ciddi ziyan vurub.

Baku.ws-in hadisə yerindən yaydığı görüntüləri təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu