Qətərin Ras Laffan Sənaye Zonasındakı partlayışda 13 nəfərin həyatını itirdiyi bildirilib



Qətərin paytaxtı Dohanın şimalında yerləşən Ras Laffan Sənaye Zonasındakı zavodların birində baş verən partlayışda 13 nəfərin həyatını itirdiyi qeyd edilib. 

AFN.az xəbər verir ki, Qətər televiziyasına açıqlama verən Enerji naziri Saad bin əl-Kaabi hadisə ilə bağlı məlumat paylaşıb.

Partlayış nəticəsində 13 nəfərin dünyasını dəyişdiyini bildirən nazir həyatını itirənlərin Hindistan və Pakistan vətəndaşları olduğunu söyləyib.

Qətərli nazir partlayışın hücum deyil, texniki nasazlıq səbəbindən qaynaqlandığını vurğulayıb.

Hadisə zamanı 66 nəfərin də yaralandığını qeyd edən Kaabi xəsarət alanların xəstəxanalarda müalicə alındığını diqqətə çatdırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu