Pakistan: Əfqanıstanın hücumlarında qarşı tərəfdən 67 nəfər öldürüldü
Pakistan qarşılıqlı hücumların davam etdiyi Əfqanıstana qarşı həyata keçirilən əməliyyatlarda Taliban rəhbərliyinin Xeybər Paxtunxva və Bəlucistanda təşkil etdiyi hücumlara cavab atəşi açıldığını və Əfqanıstan tərəfdən 67 nəfərin öldürüldüyünü bəyan edib.
AFN.az xəbər verir ki, Pakistanın İnformasiya naziri Attaullah Tarar "X" sosial media platformasında Əfqanıstana qarşı əməliyyatlarla bağlı açıqlama verib. Nazir öz paylaşımında qeyd edib ki, Əfqan Talibanı Şimali Bəlucistanın Killa Saifullah, Noşki və Çaman bölgələrində 16 nöqtəyə fiziki hücum təşkil edərkən, Pakistan bölmələri 25 nöqtədə atəş açıb.
Bütün istiqamətlərdə hücumların effektiv şəkildə dəf edildiyini vurğulayan Tarar, Əfqan Talibanından 27 nəfərin öldüyünü, çox sayda insanın isə yaralandığını bildirib. Sözügedən toqquşmalarda bir Pakistan əsgərinin həyatını itirdiyini, 5 hərbçinin isə yaralandığını qeyd edən nazir, Xeybər Paxtunxva əyalətində 12 nöqtədə baş verən əfqan hücumları zamanı da Əfqanıstan tərəfindən 40 nəfərin öldürüldüyünü diqqətə çatdırıb.
Nazir Tarar dünənki açıqlamasında əməliyyatlar çərçivəsində Əfqanıstan tərəfində ümumilikdə 435 nəfərin öldüyünü, yaralı sayının isə 630-u keçdiyini ifadə etmişdi. Kabil tərəfinə məxsus 188 nəzarət-buraxılış məntəqəsinin, həmçinin 188 tank, zirehli maşın və artilleriya qurğusunun məhv edildiyi məlumatını verən nazir, 51 nöqtənin havadan hədəf alındığını bildirib.
