Əfqanıstan Pakistana yeni hava zərbələri endirdi
Əfqanıstan Pakistanın müxtəlif bölgələrinə hava hücumları təşkil etdiyini açıqlayıb.
AFN.az xəbər verir ki, "Tolo News"un paylaşımına görə, Əfqanıstan Müdafiə Nazirliyi ölkənin hərbi hava qüvvələrinin yerli vaxtla saat 11:00-da Pakistanın bir neçə nöqtəsinə qisas zərbələri endirdiyini bildirib.
Nazirlik hücumların Pakistanın Faysalabad şəhəri yaxınlığındakı hərbi düşərgəyə, Novşera şəhərindəki ordu kazarmasına, Camrud və Abbottabad bölgələrinə yönəldiyini qeyd edib. Bu zərbələr zamanı Pakistanın hərbi mərkəzləri, obyektləri və qurğularının hədəf alındığı vurğulanıb.
Pakistan tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində Əfqanıstan tərəfindən 228 nəfərin öldüyü, 300-dən çox insanın yaralandığı bəyan edilib. Əfqanıstan ərazisində keçirilən əməliyyatlar zamanı 18 post ələ keçirilib, 74-ü isə məhv edilib. Aralarında tank və artilleriya sistemləri də olmaqla 80-dən çox zirehli texnikanın sıradan çıxarıldığı, qarşıdurmalarda 12 Pakistan əsgərinin həyatını itirdiyi bildirilib.
Digər tərəfdən, Əfqanıstanın həyata keçirdiyi cavab əməliyyatlarında isə 55 Pakistan əsgərinin öldürüldüyü, 23 əsgərin meyitinin və çox sayda silah-sursatın ələ keçirildiyi iddia olunub. Həmçinin, Pakistan ordusuna aid 19 postun nəzarətə götürüldüyü qeyd edilib. Hazırda sərhəd bölgəsində gərginlik yüksək həddə qalmaqdadır.
