Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var


Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AFN.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində baş verib.

Küçədə hərəkətdə olan "Rənc Rover" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan "Mersedes" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində ölən və yaralıların olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb ediliblər.

Məlumata görə, qəzaya yüksək sürət səbəb olub.

Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu