Lənkəranda sərnişin mikroavtobusu zəncirvari qəzaya düşüb, 5 nəfər yaralanıb


Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.



"Report"un Cənub mərkəzi xəbər verir ki, hərəkətdə olan iki "VAZ-2107" markalı avtomobil toqquşub. Zərbənin təsirindən hərəkət istiqamətini dəyişən "VAZ"lardan biri əks istiqamətdə hərəkətdə olan "Mercedes" markalı mikroavtobusla toqquşub. Hadisə zamanı 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, digərlərinin orta ağırdır.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri mikroavtobusda sıxışaraq köməksiz vəziyyətdə qalan sərnişinləri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu