Salyanda ağır yol qəzası olub: 3 nəfər ölüb, 3 nəfər yaralanıb


Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb.


Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb:

"İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb".

Faktla bağlı araşdırma aparılır.

***

Salyan rayonunda 3 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.


“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

Yaralılardan biri 2-3 yaşlı uşaq, digərləri isə qadın və kişidir. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda ölən və yaralananların şəxsiyyətləri dəqiqləşdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu