Çörək almağa gedən gənc qız itkin düşdü - AXTARILIR


Sumqayıtda 20 yaşlı qız itkin düşüb.

Hacı Zeynalabdin qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Aysel Rüstəmli iyunun 28-i saat 17:00 radələrində yaşadığı evdən çörək almaq məqsədilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Yaxınları onun itkin düşməsi barədə polisə müraciət ediblər.

Ayseli görənlərdən Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə məlumat vermələri xahiş olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu