İcra başçısının sürücüsü qəzada öldü


Zaqatalada ağır yol qəzası baş verib.

AFN.az "Lent.az"a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "Opel” və "VAZ 2199” markalı avtomobillər toqquşub. Nəticədə "VAZ”ın sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb, bir neçə nəfər isə yaralanıb.

Əldə edilən məlumata görə, qəzada ölən şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin başçısının sürücüsüdür.

Faktla bağlı araşdırma aparılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu