3 nəfərin öldüyü qəzada müğənni də xəsarət alıb - ANBAAN VİDEO


Qaxda 3 nəfərin ölməsi, 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası haqqında xəbər verilib.


Lent.az-ın əldə etdiyi məlumata görə, həmin qəzada xəsarət alanlardan biri müğənni olub.

Belə ki, "Ford" markalı avtomobildə olan sərnişin Marina Şirdanova ağır bədən xəsarətləri alıb.

Marina Şirdanova ilkin olaraq Qax rayon Xəstəxanasına, oradan da Zaqatala rayon Xəstəxanasına aparılıb.

Marina Şirdanovanın müğənni olduğu bildirilir.

Qeyd edək ki, məlum hadisə iyunun 29-da axşam saat 20 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Ford" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Xəsarət alanlardan üçü Türkiyə vətandaşıdır.

Qəza anının görüntülərini təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu